Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında” 2015-ci il martın 11-də Bakıda imzalanmış sazişin təsdiq edilməsi barədə qanun imzalayıb.
Dövlət başçısı həmçinin "Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında Saziş” üzrə mərkəzi orqanın müəyyən edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, 2015-ci il martın 11-də Bakıda imzalanmış "Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında Saziş"in Azərbaycan tərəfindən həyata keçirilməsi məqsədi ilə mərkəzi orqan qismində Azərbaycan Ədliyyə Nazirliyi müəyyən edilib.
Xarici İşlər Nazirliyinə bu sərəncamda göstərilən mərkəzi orqan barədə Pakistan İslam Respublikası tərəfinə məlumat verilməsi tapşırılıb.(APA)
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL