Azərbaycanda dəhşətli qəza - VİDEO

Azərbaycanda dəhşətli qəza - VİDEO

Qubada baş verən zəncirvari qəzada 2 nəfər xəsarət alıb.

Bizimyol.info ARB-yə istinadən xəbər verir ki, hadisə rayonun Paşaoba kəndi ərazisindən qeydə alınıb.

Xaçmaz rayon sakini 26 yaşlı Ayaz Xankişiyevin idarə etdiyi "VAZ-21099” markalı avtomobil Bakı şəhər sakini 33 yaşlı Afiq Abdullayevin idarə etdiyi "İveco” markalı yük maşınına çırpılıb. Daha sonra Quba sakini 33 yaşlı Kamal Həsənovun idarə etdiyi "Volkswagen-Passat” markalı avtomobillə toqquşub.

Nəticədə "VAZ-21099” markalı avtomobilin sürücüsü və sərnişin 21 yaşlı Dövlət Xankişiyev xəsarət alıblar. Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəsarət alan şəxslərə lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.
[video=http:// ]
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az