Azərbaycanda görünməmiş faciə: ailə 3-cü qızına da eyni adı qoydu, o da öldü
Dünən Salyan rayonunun Noxudlu kəndində özünü zəhərləyərək intihara cəhd edən 21 yaşlı Gülmira Cahangirova vəfat edib. Salyan rayon Mərkəzi Xəstəxanasından Lent.az-a bildirilib ki, ağır vəziyyətdə olan gən qız bu gün dünyasını dəyişib.
Qeyd edək ki, G.Cahangirovanın ailəsində daha əvvəl anadan olan və Gülmira adı verilən iki bacısı da bədbəxt hadisənin qurbanı olub. Onun qardaşı isə yanğında ölüb. İki il əvvəl isə qızın atasının ürəyi baş verən hadisələrə dözməyərək partlayıb.
Miq.Az