Rusiyada bu il qış çox sərt olub, normadan artıq qar yağıb. Dağıstanda 1,5-2 metrə qədər qar düşüb. Bu regionların iqlimi Azərbaycanın hava şəraitinə təsir edir.
Miq.az xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda hava şəraitinin kəskin dəyişməsi müşahidə olunur:
"Ya çox soyuqdur, ya da çox istidir. Havanın belə dəyişməsi 1975-ci ildən müşahidə olunmurdu. Bu, normal deyil və dünya kataklizmləri fonunda baş verir", - ekoloq qeyd edib.
T.Zeynalov bildirib ki, hazırda iki sikl yaranır - siklon və antisiklon:
"Şimaldan soyuq hava kütləsi gəlir, hansı ki Qafqazda antisiklonla qarşılaşır. Məhz bu səbəbdən Azərbaycanın mərkəzinə qar yağmayıb".
Ekoloq qeyd edib ki, Azərbaycanda sərt qış və çox isti yay olub, lakin havanın belə kəskin dəyişməsi müşahidə olunmayıb.
"Bu günlərdə Azərbaycana şimaldan soyuq hava kütləsi gələcək. Buzların əriməsi və dünya okeanlarının səthinin soyuması ilə əlaqədar bu siklon şaxta gətirəcək", - ekoloq vurğulayıb.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?