Azərbaycanda ipoteka ilə bağlı - YENİLİK
"ASAN xidmət” arayış verəcək.
Azərbaycanda tikintisi başa çatdırılmamış
daşınmaz əmlak ipoteka ilə alınması mümkün olacaq.
Vətəninfo.az-ın APA-ya istinadən məlumatına görə, bu, Nazirlər Kabinetinin
təsdiqlədiyi "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət
reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına
(yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”da əksini tapıb.
Təlimatla
müəyyən olunmuş qaydada Əmlak Məsələləri Dövlət Komitəsinin yanında
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən
daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində
qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına
(yüklülüyünə) dair arayış (arayış) yazılı və ya elektron formada hüquq
sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına
qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların
yazılı və ya elektron müraciətləri əsasında verilir. Torpaq sahəsini
yüklü edən hüququn əldə edilməsinə və ya ləğvinə, yaxud belə hüququn
məzmununun və ya növbəliliyinindəyişdirilməsinə dair tələbi təmin etmək
üçün, habelə tikintisi başa çatdırılmamış
daşınmaz əmlak və ya onun
tərkib hissəsi üzərində mülkiyyət hüquqları reyestrdə əvvəlcədən
qeydiyyata alınır və arayışla rəsmiləşdirilir. Tikintisi başa
çatdırılmamış tikililər üzrə mülkiyyət hüquqlarının əvvəlcədən
qeydiyyatı və tikintisi başa çatdırılmamış
daşınmaz əmlak üzrə hüquq
sahibinə əvvəlcədən dövlət qeydiyyatına alınmış mülkiyyət hüquqlarının
ipoteka ilə məhdudlaşdırılması (yüklülüyü) barədə reyestrdən arayış
veriləcək. Eyni zamanda daşınmaz əmlakın dövlət reyestrində əvvəlcədən
qeydiyyata alınmış hüquqların yüklülüyü barədə ipotekasaxlayana
reyestrdən arayış veriləcək.
Arayışı əldə etmək
üçün hüquq sahibi Xidmətin ərazi idarələrinə ərizə ilə müraciət
etməlidir. Hüquq sahibi fiziki şəxs olduqda ərizəyə şəxsiyyətini təsdiq
edən sənədi, hüquqi şəxs olduqda isə hüquqi şəxslərin dövlət
reyestrindən çıxarışın surətini nümayəndəsinin səlahiyyətini təsdiq edən
etibarnaməni və şəxsiyyətini təsdiq edən sənədin surətini əlavə
etməlidir. Bələdiyyələr bələdiyyənin sədri tərəfindən imzalanmış və
möhürlənmiş ərizə və bələdiyyənin nümayəndəsinin səlahiyyətini təsdiq
edən etibarnaməni təqdim etməlidirlər. Qanunda nəzərdə tutulmuş
səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanlarına,
bələdiyyələrə və digər şəxslərə daşınmaz əmlakın dövlət reyestrinin
məlumatları əsaslandırılmış yazılı sorğular əsasında verilir. "ASAN
xidmət” mərkəzlərində arayışın verilməsi üçün ərizənin qəbulu və
arayışın verilməsi həmin mərkəzlərdə fəaliyyət göstərən Xidmətin ərazi
idarələrinin işçiləri tərəfindən həyata keçirilir. Daşınmaz əmlak
obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat
qaydasında təsdiqlənməsi üçün sərəncamverən tərəfin dövlət reyestrinə
əsasən bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə daşınmaz
əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata
alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair
arayış sərəncamverənin və ya onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq
sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan
şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış olduğu hallarda
notarius tərəfindən dövlət reyestrindən elektron informasiya sistemləri
vasitəsilə real vaxt rejimində əldə edilir.
Arayışda
hüquq sahibinin adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı,
hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı),
daşınmaz əmlak obyektinin
növü, ünvanı (olduğu yer), hüququn qeydə alındığı reyestr kitabının və
vərəqinin nömrəsi, mülkiyyətçilər haqqında məlumat (hüquq sahibinin adı,
payı, qeydiyyat nömrəsi və qeydiyyat tarixi), hüquq müəyyənedici sənəd
haqqında məlumat (sənədin adı, sənədi verən təşkilatın adı, sənədin
nömrəsi və sənədin tarixi), daşınmaz əmlakın təsviri, torpaq sahəsi
haqqında hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha), kateqoriyası,
məqsədli istifadəsi, su obyekti həcmi, torpaq sahəsi haqqında məlumat
(hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha), mənzilin yerləşdiyi
binanın tikildiyi il, mərtəbəliliyi, mənzilin mərtəbəsi, yaşayış
otaqlarının sayı, yaşayış sahəsi (kv.m), yardımçı sahəsi (kv.m), ümumi
sahəsi (kv.m), fərdi yaşayış evi haqqında liter, tikildiyi il,
mərtəbəliliyi, yaşayış otaqlarının sayı, ümumi sahəsi (kv.m), yaşayış
sahəsi (kv.m), yardımçı sahəsi (kv.m), həyətyanı tikililər haqqında
məlumat (liter, mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), torpaq sahəsi
haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha), bağ
evi və yaşayış evləri haqqında məlumat (liter, tikildiyi il,
mərtəbəliliyi, yaşayış otaqlarının sayı, ümumi sahəsi (kv.m), yaşayış
sahəsi (kv.m), yardımçı sahəsi (kv.m), həyətyanı tikililər haqqında
məlumat (liter (sıra №-si), mərtəbəliliyi, təyinatı (adı), tikintialtı
sahə (kv.m), cəmi), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici
sənəd üzrə torpaq sahəsi (ha) əksini tapacaq.
Hüquq
sahibinin yazılı və ya elektron sorğusuna əsasən ona məxsus olan
daşınmaz əmlak haqqında qeydiyyat orqanının digər şəxslərə verdiyi
arayışlar (məlumatlar) barədə yazılı və ya elektron bildiriş sorğu
verildiyi gün iş vaxtı ərzində Xidmətin ərazi idarəsi tərəfindən hüquq
sahibinə verilməlidir.