Azərbaycanda taksi sürücüsünü qaçırdılar

Azərbaycanda taksi sürücüsünü qaçırdılar

Bakı-Gəncə marşrutu üzrə şəxsi "Mersedes” markalı avtomobili ilə sərnişin daşımaqla məşğul olan 1972-cü il təvəllüdlü Mahir Məmmədov naməlum şəxslər tərəfindən soyğunçuluğa məruz qalıb.

Report-i n xəbərinə görə, Gəncəyə getmək adı ilə M.Məmmədovun avtomobilinə əyləşən iki nəfər əvvəlcə maşını Biləcəri qəsəbəsinə sürdürüblər. Həmin şəxslər Biləcəridə sürücüyə hücum edərək onun əl-qolunu bağlayıblar. Bundan sonra naməlum şəxslər M.Məmmədovu da avtomobilə qoyaraq maşını İsmayıllı rayonuna sürüblər. Onlar həmin rayonun Bizlan kəndində sürücünü meşə ərazisində avtomobildən düşürərək ərazidən uzaqlaşıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırma aparır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az