Azərbaycanın bütün məscidlərində Qurban bayramı namazı qılınacaq
Azərbaycanda qurban bayramı namazının qılınma vaxtı açıqlanıb.
Qafqaz
Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, İslam
aləminin müqəddəs Qurban bayramı münasibətilə Azərbaycanda bayram namazı
sentyabrın 24-ü saat 09:00-da qılınacaq.
QMİ-də
bildirilib ki, Qurban bayramı münasibətilə Təzə Pir məscidində mərasim
olacaq, bayram namazı qılınacaq: "Azərbaycanın bütün məscidlərində
Qurban bayramı münasibətilə namaz qılınacaq".
Qeyd edək ki, Qurban bayramı Azərbaycanda iki gün - sentyabrın 24-ü və 25-də qeyd olunacaq.
"Report"