Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun bağından görüntülər yayılıb.
Miq.az baku.ws-ə istinadən xəbər verir ki, yayılan görüntülər milyarderin Bakının Bilgəh qəsəbəsində, Xəzər sahilində yerləşən iqamətgahından çəkilib.
Qeyd edək ki, İtaliyanın yaşıllaşdırma-landşaft işləri görən "Paghera" şirkəti ilə azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun Bakıdakı nümayəndələri arasında qarşılıqlı ittihamlarla müşayiət olunan qalmaqal yaranıb.
Şirkət, biznesmenin Bakının Bilgəh qəsəbəsində, Xəzər sahilində yerləşən iqamətgahının 6 hektarlıq ərazisində yaşıllaşdırma-landşaft işləri üçün 12 milyon avroluq sifariş alıb.
Lakin 9 milyon avroya yaxın pul ödəniləndən sonra işlərin bir qisminin keyfiyyətsiz görüldüyu, yaxud yarımçıq qaldığı müəyyən olunub. Nəticədə biznesmen italyanlarla əməkdaşlığı dayandırıb.
Əhmədovun hüquqi nümayəndəsi və italyanlarla müqavilədə sifarişçi tərəf qismində çıxış edən Nail Şahverdiyev ("Baku Caspian Real Estate Limited" MMC-nin direktoru) onların barəsində Azərbaycan hüquq-mühafizə orqanlarına müraciət edib.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?