Həcc ziyarətini başa vuran azərbaycanlı zəvvarların ilk qrupunu gətirən təyyarə Bakıya enib.
Qafqaz Müsəlmanları İdarəsindən APA-ya bildirilib ki, bu gün saat 21:00-dan sonra daha iki reysin baş tutması gözlənilir.
Qeyd edək ki, ilk təyyarənin bu gün saat 05.00-da Bakıya enməsi nəzərdə tutulsa da, reys təxirə düşüb.
QMİ-dən reyslərin ləngiməsini Ciddə aeroportunda yaşanan izdiham və zəvvarları geri qaytaran Səudiyyə Ərəbistanı aviaşirkətinin zəif təşkilatçılığı ilə əlaqələndiriblər.
Hazırda Ciddə aeroportunda növbəti reysləri gözləyən azərbaycanlı zəvvarlar uzun ləngimələrə etirazlarını bildiriblər. Zəvvarlar APA-ya bildiriblər ki, artıq bir sutkaya yaxındır, aeroportda gözləyirlər, reyslərinin ləngiməsi ilə bağlı məsul şəxslər onlara açıqlama vermirlər. Bildirilib ki, ümumiyyətlə, onlarla maraqlanan yoxdur: "Hələ də dəqiq bilmirik ki, növbəti reyslər nə vaxt yola düşəcək”.
Zəvvarlar onu da bildiriblər ki, aeroportda gözləyən bir nəfərin səhhətində problem yarandığı üçün həkim məntəqəsinə aparılıb.
Vətəninfo.az
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”