Azərbaycanlılar yaşayan əraziyə silah keçirmək istəyən erməni yaxalandı

Azərbaycanlılar yaşayan əraziyə silah keçirmək istəyən erməni yaxalandı

Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları əraziyə odlu silah keçirməyə cəhd göstərən Ermənistan vətəndaşı saxlanılıb.

APA-nın "armenpress.am" saytına istinadən verdiyi xəbərə görə, Sadaxlı gömrük-keçid məntəqəsində Gürcüstan Maliyyə Nazirliyinin və Gəlirlər Xidmətinin əməkdaşları tərəfindən saxlanılan şəxsin üzərində "Valter" tipli tapança və 10 patron aşkarlanıb. Ermənistan vətəndaşı, 1947-ci il təvəllüdlü Frunzik A. günahını etiraf edib. Faktla bağlı cinayət işi açılıb.

Xatırladaq ki, Sadaxlı gömrük keçid-məntəqəsi Ermənistanla Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunu birləşdirir.

 
Vətəninfo.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az