Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xalqların Demokratik Partiyası (HDP) sədri Səlahəddin Dəmirtaş haqqında sərt fikirlər səsləndirib.
APA-nın "Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, Çinin paytaxtı Pekində jurnalistlərin suallarını cavablandıran Ərdoğan, Dəmirtaşın çıxışına münasibət bildirib. Türkiyə prezidenti HDP sədrinin "Suruc qətliamını "Saray”dakı xüsusi təyinatlı qrup etdi” ittihamını cavablandıraraq bildirib ki, bu, tərbiyəsizcə irəli sürülmüş ittihamdırr: "O, üzərindəki qaranlıq buludları dağıtmağa çalışır. Prezident iqamətgahı çox yüksək məqamdır, bu səviyyəyə düşürüləcək bir yer deyil”.
Ərdoğan vurğulayıb ki, Dəmirtaş 6-7-8 oktyabr qətliamının əsas günahkarıdır: "Bu günə qədər toxunulmazlıq zirehi altındadır. Böyük qardaşı dağda yetişib və hələ də dağda olan biridir. Özü də fürsət düşən kimi yəqin ki, ora gedər. Zatən zaman-zaman təlimatları ordan alırlar”.
Türkiyə prezidenti HDP sədrini həddini bilməyə çağırıb: "Ağzından çıxanı qulağın eşitsin. Həddini bilsin”.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL