​"Aztelekom"un rabitə xətləri oğurlandı

​

Masallı rayonunda "Aztelekom" MMC-yə məxsus rabitə xətlərini oğurlayan şəxs tutulub.

Report xəbər verir ki, rayonun Təzə Alvadı kənd sakini 47 yaşlı İlqar Salam oğlu Mustafayev Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Masallı RPŞ-dən "Roport"a bildirilib ki, İ.Mustafayev rabitə xətlərini oğurlamaqda təqsirli bilinir: "Dindirmələr zamanı məlum olub ki, İ.Mustafayev rayonun Əhmədli və Köçəkli kənlərindən keçən "Aztelekom" MMC-nin Masallı rayon Telekomnikasiya Qovşağına məxsus TPP 100x2 və TPP 30x2 rabitə xətti olan kabelləri kəsərək oğurlayıb. O, ümumilikdə 190 metr uzunluğunda rabitə xətlərini kəsməklə dövlət əmlakına xeyli miqdarda ziyan vurub".

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az