Bağdadın “yaşıl zonasına” 4 raket düşdü- ABŞ səfirliyində hava hücumu sirenləri səsləndi

Bağdadın “yaşıl zonasına” 4 raket düşdü- ABŞ səfirliyində hava hücumu sirenləri səsləndi

İraq təhlükəsizlik qüvvələri Bağdadda dövlət idarələrinin və xarici səfirliklərin yerləşdiyi "yaşıl zona”ya dörd raketin düşdüyünü bildirib.

Azpost.info xəbər verir ki, bu barədə "The Jerusalem Post” yazır.

Bir neçə binaya ziyan dəydiyi bildirilir, mülki itkilər barədə məlumat verilmir.

Raket zərbələrindən əvvəl "yaşıl zona”da yerləşən ABŞ-ın İraqdakı səfirliyində hava hücumu sirenləri səslənib.

Qeyd edək ki, ötən gün İraqın ən nüfuzlu siyasi xadimlərindən biri olan şiə imamı Müqtəda əs-Sədr öz "Tviter” səhifəsində ölkənin siyasi həyatını tərk etdiyini və onun hərəkatını dəstəkləyən bütün əsas qüvvələrin işini dayandırdığını elan edib. Bundan dərhal sonra Bağdadda xalq iğtişaşları və polislə toqquşmalar başlayıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az