Bağdadinin yeri bilindi: 3 ölkə hücuma hazırlaşır

Bağdadinin yeri bilindi: 3 ölkə hücuma hazırlaşır

İŞİD terror qruplaşmasının lideri Əbubəkr Bağdadi Suriyada gizlənir.

Axar.az xəbər verir ki, bu barədə İraq Daxili İşlər Nazirliyinin Kəşfiyyat və Terrorçuluqla Mübarizə İdarəsinin rəhbəri Əbu Əli əl-Bəsri danışıb.

"Bizdə olan son informasiyaya görə, o, Deyr əz-Zordan 18 mil uzaqlıqda yerləşən Həcin şəhərindədir”, - Bəsri deyib.

Onun sözlərinə görə, bu informasiya onlara bir qədər əvvəl daxil olub. Sözügedən informasiyadan Rusiya, Suriya və İran silahlı qüvvələrinin birgə əməliyyatlarının həyata keçirilməsi məqsədi ilə istifadə edilməsi planlaşdırılır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az