Xəbər verdiyimiz kimi, azərbaycanlı zəvvarların Həccdən dönüşü ləngiyir.
Səbəb isə bu gün saat 05 radələrində Bakıya çatdırmalı olan təyyarə reysinin təxirə düşməsidir.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məsələ ilə bağlı açıqlama verərək bildirib ki, gecikməyə səbəb Ciddə aerportunda olan izdihamdır.
Lakin izdiham yalnız Ciddə aeroportunda yaranmayıb. Həccdən qayıdan tanışlarını qarşılamaq üçün hava limanına yollanan insanlar da Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sıxlıq yaradıblar.
Bu barədə aznews.az-a zəvvarların yaxınları məlumat veriblər. Onlar 13:00-da Hava Limanında düşməli olan təyyarənin gecikdiyini bildiriblər: "Gah deyirlər 3-də gələcək, gah deyirlər 7-də. Biz də səhər 6-dan burada gözləyirik. Bilmirik ki, gözləyək, ya gedək”.
Məlumat üçün bir daha xatırladaq ki, QMİ-dən verilən açıqlamaya görə, azərbaycanlı zəvvarları gətirən ilk təyyarə Bakı vaxtı ilə təxminən saat 19 radələrində Ciddədən Bakıya istiqamət alacaq. İlk reysin ardınca yarım saat intervalla daha 2 təyyarənin bu gün zəvvarları Bakıya gətirməsi planlaşdırılır.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”