Rusiyanın İrkutsk vilayətinin sakinləri Bakıdan gələn və məhsulunun yığımı təzə başa çatmış pomidor və xiyarın inanılmaz qiymətlərinə heyrətlənib.
Çünki burada Azərbaycan pomidorun bir kilosu 3 kiloqram ət qiymətinə satılır. Bu isə əyalət mərkəzi üçün həddən artıq yüksək qiymətdir.
Qiymətlərin artmasının səbəblərini öyrənmək məqsədi ilə "İrkSib”in müxbiri fotoaparatını götürüb İrkutsk bazarlarına yollanıb.
SPAR supermarketlər şəbəkəsində Azərbaycandan gətirilən qırmızı pomidorun kiloqramı 750 rubla (12 manat), xiyar isə 600 rubla (10 manat) satışa çıxarılıb.
"Niyə belə bahadır?” - sualına isə Baykalsk küçəsi, 244B-da yerləşən mağazanın əməkdaşı cavab verib.
"Yəqin orada düşünürlər ki, bu, onların ən yaxşı ərzaqlarıdır. Çin məhsulu alın, daha ucuzdur - 109 rubla” - deyə satıcı qadın məsləhət görüb.
"Novıy” bazarında pomidorun qiyməti ümumiyyətlə şokedici oldu. Burada Bakı pomidorunun 1 kilosu 990 rubla (16 manat) satılır.
Bu tərəvəzlərin qiymətlərinin belə artması sirr olaraq qaldı, amma bir şey aydındır, İrkutskun ərzaq mağazalarında idxal əvəzindən danışmaq lazım gəlmir.
Bazarın administrasiyasında satışda pomidorun qiymətinin niyə 990 rubla olduğunu "İrkSib”in müxbirinə izah edə bilməyiblər.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL