Türkiyə 2014-cü ilin sonunadək Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi çərçivəsində nəzərdə tutulan işləri başa çatdırmağı planlaşdırır.
Vətəninfo.az xəbər verir ki, bu barədə Bakıda “Bakı-Tbilisi-Qars dəmir yolu xətti - Tarixi İpək Yolunun inkişafında yeni imkanlar” mövzusunda keçirilən beynəlxalq konfransda Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütvi Əlvan bildirib.
Onun sözlərinə görə, Türkiyə ərazisində artıq BTQ layihəsi çərçivəsində işlərin 83 faizi başa çatıb. Türkiyə ərazisində 79 kilometrlik hissənin inşası işləri çərçivəsində investisiyaların həcmi 700 milyon dollar təşkil edir. Nazirin sözlərinə görə, Türkiyə dəmiryol nəqliyyatının inkişafına böyük diqqət ayırır və 2003-2013-cü illərdə onun inkişafına 11 milyard avro sərmayə yatırıb.
Konfransda Gürcüstanın regional inkişaf və infrastrukturlar naziri David Şavliaşvili deyib ki, BTQ layihəsi həm Azərbaycan, Gürcüstan və Türkiyə arasında münasibətlərin inkişafı, həm də beynəlxalq nəqliyyat daşımaları üçün mühüm əhəmiyyət kəsb edir.
Konfransda TRACECA-nın baş katibi Eduard Biryukov qeyd edib ki, BTQ layihəsi TRACECA dəhlizinin tərkib hissəsi olacaq və Avropa bazarlarına çıxışı təmin edəcək. Onun sözlərinə görə, Xəzərdə liman infrastrukturlarının təkmilləşdirilməsi də yükdaşımaların inkişafına mühüm töhfə verəcək.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR