Bakıda avtobus sürücüsü infarkt keçirdi və zəncirvari qəza törətdi

Bakıda avtobus sürücüsü infarkt keçirdi və zəncirvari qəza törətdi

"Azadlıq" metrostansiyası yaxınlığında avtobus sürücüsü zəncirvari qəza törədib.

Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 90 XX 135 dövlət nişanlı 202 nömrəli avtobusun sürücüsü özünü itirərək yolun kənarında olan VAZ 2104 markalı avtomobili vurub. Daha sonra isə avtobus sürücüsü yolun kənarında olan "Hyundai" markalı avtomobili 200 metr sürüyüb. "Hyundai" markalı avtomobil isə yol düzəldən maşına çırpılaraq dayanıb. Hadisə şahidləri bildiriblər ki, avtobusda sərnişinlər olsa da, xəsarət alan olmayıb.

Hadisə yerinə təcili yardım və polis əməkdaşları gəlib.

Avtobus sürücüsünün infarkt keçirdiyi bildirilir. Ona ilkin tibbi yardım göstərilib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az