Ötən gecə Bakıda baş verən kütləvi davada 3 nəfər xəsarət alıb.
Vətəninfo.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Səbayel rayonu Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsində qeydə alınıb. Paytaxt sakini Elvin Bədəlov yaşadığı evin qarşısında itini gəzdirən zaman yoldan "VAZ 2107" markalı avtomobil keçib. Elvin Bədəlovun bibisi oğlu Ramin Baxışovun sözlərinə görə, dayısı oğlu sürücüdən yoldan ehtiyatlı və yavaş sürətdə keçməsini xahiş edib. "VAZ 2107"nin sürücüsü bir müddət sonra dostları ilə yenidən mübahisə baş verən yerə qayıdıb: "Dayım oğlu itini çıxarmışdı gəzdirməyə. Qarşıdan "VAZ 2107" gəlirdi. Dayım oğlu əl elədi ki, bir az yavaş ol, it var vurarsan. Sürücü dedi ki, gözlə gəlirəm. Bir müddət sonra bir neçə maşınla gəlib dava saldılar. Bizi təkləyib vurdular. Birinci məni vurdular daha sonra olanlardan xəbərim olmadı".
Hadisə zamanı yüngül xəsarət alan Ramin Baxışov olub. Ağır xəsarətlər alan Elvin Bədəlov və əmisi Mais Bədəlov 1 saylı şəhər xəstəxanasına gətiriliblər.
Hadisə barədə Səbayel rayon 41-ci polis bölməsinə məlumat verilib. Bölmə əməkdaşları hadisə yerində müayinələr aparıblar.
Faktla əlaqədar araşdırmalar davam edir.


Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”