Bakıda itkin düşən məktəblinin meyiti tapıldı - FOTO

Bakıda itkin düşən məktəblinin meyiti tapıldı - FOTO

Ötən gün Qaradağ Rayonu, Qızıldaş qəsəbəsində 2004-cü il təvəllüdlü Toğrul Zaur oğlu Sultanovun itkin düşməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilsə də heç bir nəticə əldə olunmayıb.

Miq.Az salamnews-a istinadən xəbər verir ki, 13 yaşlı Toğrul Sultanovun meyiti qohumları tərəfindən bu gün səhər saatlarında yaşadığı Qızıldaş qəsəbəsindəki kiçik bir su hövzəsində tapılıb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qaradağ rayon şöbəsinə aparılıb.

Hazırda 7-ci sinif şagirdinin qətlə yetirliməsi və ya intihar etməsi araşdırılır. Mərhumun qohumlarının sözlərinə görə, Toğrul qətlə yetirilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Qeyd edək ki, əslən Yardımlı rayonundan olan bu ailə Qızıldaş qəsəbəsində yaşayır, Toğrul isə Qaradağ rayonunda yerləşən 180 saylı orta məktəbin 7-ci sinif şagirdi idi. Mərhumun atası daş karxanasında fəhlə işləyir, anası isə evdar qadındır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az