Bakıda “Land Rover”in vurub öldürdüyü qadının kimliyi müəyyənləşdi
Ötən gecə Bakının Səbail rayonu ərazisində baş vermiş ağır yol qəzası nəticəsində dünyasını dəyişən qadının kimliyi müəyyənləşib. Lent.az xəbər verir ki, 1962-ci il təvəllüdlü Şahbazov Əmrulla Sahlar oğluna məxsus 90 FO 007 dövlət nömrə nişanlı "Land Rover”in vurub öldürdüyü qadının 1975-ci ildə anadan olmuş Ələkbərova Könül Elton qızı olması müəyyən edilib.
Bildirilir ki, hadisənin baş verdiyi ərazinin yaxınlığında - Dövlət Bayraqı Meydanının qarşısında iki piyada keçidi var. 42 yaşlı Könül Ələkbərova yolun hərəkət hissəsində olarkən sürətlə hərəkət edən avtomobilin altında qalıb. Həmin vaxt maşının sükanı arxasında kimin olması isə hələlik tam dəqiqləşməyib.
Onu da qeyd edək ki, ilkin məlumatda hadisənin "Jeep Grand Cherokee" markalı nəqliyyat vasitəsi ilə törədildiyi bildirilirdi.
Miq.Az