Bakıda lift şaxtaya düşdü: yaralılar var - FOTO

Bakıda lift şaxtaya düşdü: yaralılar var - FOTO

Bakının Yasamal rayonu ərazisində, Dadaş Bünyadzadə küçəsində yerləşən 16 mərtəbəli binada bədbəxt hadisə baş verib.

Miq.az APA-ya istinadən bildirir ki, içərisində 6 nəfərin olduğu lift şaxtaya düşüb.

İlkin məlumata görə, binanın ikinci mərtəbəsində liftə 6 nəfər minib. Bu vaxt liftdə nasazlıq yaranıb və o, şaxtaya düşüb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan iki qadının xəsarətləri yüngül olsa da, digər iki yaralı xəstəxanaya aparılıb. Hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb edilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparılıblar.

Qeyd edək ki, sakinlər yük daşınması üçün nəzərdə tutulan liftdən istifadə ediblər.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az