Bakıda məşhur restoranda müəmmalı ölüm

Bakıda məşhur restoranda müəmmalı ölüm
Bakıda restoranda ölüm hadisəsi baş verib.

Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Mərdəkan qəsəbəsində yerləşən "Tropikanka” restoranında qeydə alınıb. 

Orada istirahət edən 1968-ci il təvəllüdlü Eldar Hacıbala oğlu Səfərəliyev qəfildən vəfat edib. Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertiza təyin olunub.

İlkin ehtimala görə, E.Səfərəliyev ürək tutmasından ölüb. /apa/

Faktla bağlı araşdırma aparılır.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az