Bakıda metronun yaxınlığında faciə: 24 yaşlı qız özünü binadan atdı
Bakıda metronun yaxınlığında özünü binadan atan qızın şəxsiyyəti müəyyənləşib. Məlumata görə, Hüseyn Cavid prospektində, metronun Elmlər Akademiyası stansiyasının yaxınlığında çoxmərtəbəli binanın 10-cu mərtəbəsindən özünü atan qızın 1993-cü il təvəllüdlü Zeynalova Əda Vidadi qızı olması müəyyən edilib.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Miq.Az