Bakıda meyxanaçı narkotikdən öldü

Bakıda meyxanaçı narkotikdən öldü

Ölümə səbəb yüksək dozada narkotik maddə olub

Bakıda meyxanaçı yüksək dozada narkotik maddə qəbul etməsi səbəbindən ölüb. Miq.Az  "Report"a istinadla verdiyi məlumata görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

A. Şərifzadə küçəsində yaşayan 1979-cu il təvəllüdlü İslamov Əlislam Nuru oğlu yüksək dozada narkotik maddə qəbul edərək dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal Rayon Şöbəsinə təhvil verilib.

Qeyd edək ki, Əlislam İslamov meyxanaçıdır.

Faktla bağlı araşdırma aparılır. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az