Bakıda nişanlı qızı ölümə sürükləyən dəhşətli sirr açıldı- FOTO

Bakıda nişanlı qızı ölümə sürükləyən dəhşətli sirr açıldı- FOTO

Bir neçə gün əvvəl Bakıda özünü binadan ataraq öldürən tələbə qızla bağlı maraqlı məlumat daxil olub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbəsiolan 21 yaşlı Aysel Ağammədova nakam sevginin qurbanı olub.

Məlumata görə, hadisədən əvvəl A.Ağammədovanı nişanlısı Şamaxıya qaçırıb. Oğlanın valideynləri onlara toy etməyiə hazırlaşıblar. Toy üçün şadlıq sarayı danışılıb, qızın çehizi də gəlin köçəcəyi Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 63A ünvanında oğlanın mənzilinə aparılıb. Ev toy üçün bəzədilib. Lakin oğlan toy etmək və qızla evlənməkdən imtina edib.

Hətta oğlan qızı pisləyərək pozğunluqda ittiham edib. Bunları bilən Aysel sentyabrın 7-də gəlin köçəcəyi həmin mənzilə gedib və özünü 17-ci mərtəbədən ataraq öldürüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır. (Criminal.az) 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az