Xəzər rayonu Qala qəsəbəsində qeydə alınan cinayət hadisəsində 1977-ci il təvəllüdlü İsgəndər Bayraməli oğlu Bəbirov aralarında yaranmış mübahisə zəminində 1975-ci il təvəllüdlü Malik Musa oğlu Muradovu güllələyərək qətlə yetirib.
VİZUAL.az xəbər verir ki, qətl hadisəsi zamanı İsgəndər Bəbirov özünəməxsus ov tüfəngindən istifadə edib.
İ.Bəbirov daha sonra 1990-cı il təvəllüdlü Nicat Canbala oğlu Şəbiyevi bıçaqlayıb. N.Şəbiyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Bəbirov tutulub.
Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
***
Bakıda baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub.
APA-nın əldə etdiyi məlumata görə, insident zamanı güllələnərək qətlə yetirilən Malik Muradov polis işçisidir. O, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşı olub. İsgəndər Bəbirov onu ov tüfəngi ilə güllələyib.
Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL