Bakıda qatar adam vurdu — Sərnişinlər yolda qaldı

Bakıda qatar adam vurdu — Sərnişinlər yolda qaldı

Sumqayıtdan Bakıya gələn sürət qatarının hərəkətində problem yaranıb. 08:00-da yola düşən qatar bir neçə dəqiqə yolda gözləməli olub. Buna səbəb kimi Tbilisi-Bakı qatarının adam vurduğu bildirilib.

"Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov AzVision.az-a açıqlamasında bu faktı təsdiqləyib. 

Qurum rəsmisi bildirib ki, bu gün səhər saatlarında Tbilisidən Bakıya gələn qatar paytaxt ərazisində cavan oğlanı vurub: "Həmin oğlan qulaqcıq taxdığı üçün qatarın gəldiyi eşitməyib. Nəticədə belə hadisə baş verib. Həmin şəxs hadisə yerində keçinib. Onun şəxsiyyəti hələki müəyyən edilməyib. Bu səbəbdən Sumqayıt-Bakı qatarının hərəkətində gecikmə yaranıb. Hazırda aidiyyatı qurumuların əməkdaşları hadisə yerində işləyir, qatarların hərəkəti bərpa edilib”.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az