Bakıda toyda kütləvi dava olub, yaralananlar var - VİDEO

Bakıda toyda kütləvi dava olub, yaralananlar var - VİDEO

Nizami rayonunda keçirilən toy mərasimində kütləvi dava baş verib.

Rayon ərazisində yerləşən "R.A.S" şadlıq evində keçirilən toy mərasimində iştirak edən qonaq inzibatçıdan viski istəyib.

İnzibatçı viskinin olmadığını deməsindən sonra tərəflər arasında mübahisə yaranıb. Mübahisə daha sonda əlbəyaxa davaya çevrilib. 

Davaya ofisiant və digər qonaqlar da qoşulub. Kütləvi dava zamanı 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. 

Xəstəxanadan verilən məlumata görə, yaralılardan birinin - 21 yaşlı Araz Tağıyevin vəziyyəti ağırdır.  
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları hadisə yerində olublar. 

Faktla bağlı araşdırma aparılır.



 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az