Bakıda yaşayış binasında yanğın həyəcanı
Paytaxtda yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verilən məlumata görə, Bakının Nizami rayonunda çoxmərtəbəli binanın 10-cu mərtəbəsində yerləşən vətəndaşa məxsus, ümumi sahəsi 64 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 18 m2 və eyvan 2 m2 sahədə yanıb.
Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 20:45-də söndürülüb.
Miq.Az