Bakıda yeni formada yarmarkalar açılacaq
"Bakı şəhəri ərazisində ləğv edilən yarmarkalar yenidən təşkil ediləcək”.
Vətəninfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib.
O bildirib ki, hazırda bu istiqamətdə işlər davam etdirilir: "Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə ünvanların dəqiqləşdirilməsi prosesi gedir.
Ünvanlar dəqiqləşdikdən sonra yarmarkalar fəaliyyətə başlayacaq və vətəndaşlara bu barədə əlavə məlumat veriləcək”.