Bakıdakı "Laçın" mağazasında qadını soyan adam tutuldu

Bakıdakı

Bakıda soyğunçuluq hadisəsi qeydə alınıb.

Lent.az Bakı Şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, sentyabrın 7-də saat 16:30 radələrində "Laçın” mağazasında qızıl satışı şöbəsində Nərminə Cəlilovanın bir cüt qızıl sırğası soyğunçuluq yolu ilə talanıb.

Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunan, 1972-ci il təvəllüdlü Zahid Tofiq oğlu Qarayev tutulub.

Faktla bağlı CM-nin 180-ci maddəsi ilə cinayət işi başlanıb.

 
Vətəninfo.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az