Mühafizəçinin davranışı araşdırılır
«İstər müştəri, istərsə də bir başqasına qarşı kobud davranış yolverilməzdir».
Bakıdakı «McDonalds» restoranlar şəbəkəsinin kadrlar şöbəsinin müdiri Anar Bayramov "Azadlıq" radiosuna açıqlamasında belə deyib.
O, restoranın Nərimanov rayonundakı filialında mühafizəçinin uşaqlı qadını kobudluqla oradan uzaqlaşdırması ilə bağlı yayılmış videodan xəbərsiz olduqlarını bildirib: «Bu barədə məlumatsızıq. Hesab edirik ki, istər müştəri, istərsə də bir başqasına qarşı kobud davranış olmamalıdır. Kimsə bu cür davranışa yol veribsə, təbii ki, tədbir görəcəyik. Adətən dilənçilər belə yerlərə müdaxilə etmirlər. Müştərilər bizim restoranlarda istirahət edirlər və heç kəsin onların istirahətinə mane olmasına icazə yoxdur. Amma kobudluq da olmamalıdır, məsələni araşdıracağıq».
Anar Bayramov restoranlardakı mühafizəçilərin onlar tərəfindən deyil, kənar şirkət tərəfindən təyin olunduqlarını bildirib.Sözügedən videonu AzadlıqRadiosunun saytına adının açıqlanmasını istəməyən Bakı sakini göndərib. Onun dediyinə görə, hadisə sentyabrın 3-də, restoranın Nərimanov rayonundakı filialında baş verib.
Videogörüntüdən də görünən odur ki, mühafizəçi dilənçi olduğu ehtimal olunan qadın və onun yanındakı azyaşlı uşaqla kobud davranır, onlara əl qaldırmaqla ərazidən uzaqlaşdırmağa çalışır.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”