“Baku-Bus”ın 6 və 8 saylı marşrut avtobusları fəaliyyətə başlayıb

“Baku-Bus”ın 6 və 8 saylı marşrut avtobusları fəaliyyətə başlayıb
Oktyabrın 3-dən "Baku-Bus" MMC-nin 6 və 8 saylı marşrut avtobusları fəaliyyətə başlayıb.

 Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, 6 saylı marşrut avtobusunun hərəkət cədvəli "Azadlıq” metro stansiyası - akademik Həsən Əliyev küçəsində - Tbilisi prospekti - "Lider TV" - "Elmlər Akademiyası" metro stansiyası - "İçərişəhər" metro stansiyası - 20-ci sahə olacaq.

 8 saylı marşrut avtobusu isə bu qaydada hərəkət edəcək: "Azadlıq" metro stansiyasından - Səməd Vurğun küçəsi - Heydər Əliyev sarayı - "28 may” metro stansiyasına qədər hərəkət edəcək.

 Hərəkət istiqaməti Şəhidlər Xiyabanı - "Elmlər Akademiyası” metro stansiyası - "Koroğlu” parkı - "Gənclik” metro stansiyası - "N.Nərimanov” metro stansiyası - Montin bazarı olan əvvəlki 6 saylı marşrut avtobusu 63 nömrəsi ilə əvəzlənib. Yəni əvvəlki 6 saylı marşrut avtobusu artıq 63 saylı marşrut adı ilə sərnişinlərə xidmət göstərir.

APA



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az