"Balkan yarımadasında müharibə başlaya bilər"

ABŞ prezidenti Donald Trampın Avropa İttifaqının (Aİ) ünvanına səsləndirdiyi tənqidi fikirlər Balkan yarımadasında müharibəyə səbəb ola bilər.

Miq.az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker "Financial Times" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, D.Trampın Böyük Britaniyanın Aİ-dən ayrılması ilə bağlı verdiyi dəstək "təhlükəlidir".
 
"ABŞ prezidentinin açıqlamalarından məlum olur ki, o, Avropada yaranmış qəliz vəziyyətdən məlumatlı deyil. Mən vitse-prezident Maykl Pensə də bildirdim ki, başqa ölkələrin Avropa İttifaqından çıxmasını dəstəkləmək lazım deyil. Əks halda İttifaq dağılmaq təhlükəsi ilə üz-üzə qalacaq, Balkan ölkələri olan Bosniya və Herseqovina, Serbiya, Makedoniya, Albaniya arasında isə müharibə başlaya bilər", - deyə o bildirib.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az