Bankomatlardan pul oğurlayan hindli Ali Məhkəməyə müraciət etdi

Bankomatlardan pul oğurlayan hindli Ali Məhkəməyə müraciət etdi

Azərbaycanda bankomatlardan pul oğurlamaqda təqsirləndirilən Hindistan vətəndaşı Ali Məhkəməyə müraciət edib.

Vətəninfo.az-ın APA-ya istinadla məlumatına görə, Raqul Kişor kassasiya şikayəti ilə məhkəməyə müraciət edib. Yaxın günlərdə onun şikayətinə baxılacaq.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bankomatlardan pul oğurlamaqda təqsirləndirilən Nadarjah Tanikamalam 8 il, Raqul Kişor 9 il, Arulkumaran Paramisanqam isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Onların hökmdən verdikləri apellyasiya şikayəti təmin edilməyib. Apellyasiya şikayətində cəzanın yüngülləşdirilməsi xahiş olunub. Bundan sonra R. Kişor Ali Məhkəməyə müraciət edib. Digər təqsirləndirilən şəxslər isə kassasiya şikayəti verməyiblər.

Həmin şəxslər bankomatlardan pul oğurlamaqda təqsirləndirilirlər.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az