Baş həkimin oğlu yol qəzasında öldü

Baş həkimin oğlu yol qəzasında öldü
Göyçay rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə saat 21:45 radələrində Bakı-Şamaxı-Yevlax magistral yolunun 195-ci kilometrliyində, rayonun Qarayazı kəndi ərazisində qeydə alınıb.

Göyçay istiqamətində "VAZ 21015" markalı avtomobil ilə hərəkətdə olan rayonun Qaraməryəm kənd sakini Sultanov Zaur İsa oğlu yolu keçmək istəyən iki camışı vurub. Nəticədə avtomobil yoldan çıxaraq kənara aşıb. Qəza zamanı sürücü yaralanıb və dərhal Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Qəza nəticəsində heyvanlar da tələf olub.

İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.

Həlak olan şəxs Qaraməryəm kənd sahə xəstəxanasının baş həkimi İsa Sultanovun oğludur.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az