Batumidə yerli müsəlman icmasının müftisi üçün yeni iqamətgah və mədrəsə tikiləcək.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib.
Baş nazir Batumidə yeni istifadəyə verilən "Kolizey” mehmanxanasının açılışında iştirak edib, müfti üçün tikilən iqamətgahda və mədrəsədə inşaat işlərinin gedişi ilə tanış olub.
İ.Qaribaşvili deyib ki, dini icmalar üçün iqamətgah və ibadət yerləri hökumətimizin təşəbbüsü ilə tikilir. Bundan əvvəl yerli müsəlmanlara, digər etnik azlıqlara kifayət qədər diqqət yetirilmirdi. Bidzina İvanişvilinin hakimiyyətdə olduğu qısa müddətdə dini işlər üzrə Dövlət Agentliyi yaradıldı. Biz həmin təşəbbüsü inkişaf etdirməklə ölkəmizdəki dini icmalara diqqət və qayğı göstəririk. Bu, bizim siyasətimizin əsasını təşkil edir.
"İnanırıq ki, Batumidə inşa olunan iqamətgah və mədrəsə müsəlmanlar üçün çox gözəl və nümunəvi mərkəz olacaq”, - deyə İrakli Qaribaşvili əlavə edib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL