Benzin qadağan edilir - RƏSMİ SƏNƏD İMZALANDI

Benzin qadağan edilir - RƏSMİ SƏNƏD İMZALANDI
Dünyanın 12 böyük şəhəri - toplam olaraq demək olar ki, 80 milyon insanın yaşadğı meqapolislər, artıq 2030-cu ilə qədər mədən yanacağından istifadəni tamamilə qadağan edəcək.
Publika.az "CBC News"a istinadən bildirir ki, bu haqda bəyannaməni meqapolislərin rəhbərlikləri 23 oktyabrda imzaladı.
Ekoloji vəziyyətin onları narahat etdiyi şəhərlər bunlardır: London (Böyük Britaniya), Paris (Fransa), Los-Anceles (ABŞ), Keyptaun (CAR), Kopenhagen (Danimarka), Barselona (İspaniya), Kito (Ekvador), Vankuver (Kanada), Mexiko (Meksika), Milan (İtaliya), Siyetl (ABŞ) və Oklend (Yeni Zelandiya).
Dünən imzalanmış sənəddə qeyd edilir ki, imza atan şəhərlərin hakimiyyətləri 2025-ci ilə qədər şəhərdaxili avtobusları ekoloji baxımdan ən alilərilə dəyişəcək, artıq 2030-cu ilə qədər isə meqapolislərin əsas rayonlarında benzin nəqliyyatını tamamilə qadağan edəcək.
Güman edilir ki, adi avtomobilləri elektroavtomobillər və velosipedlər əvəzləyəcək.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az