Biləsuvarda beş kiloqramdan çox tiryək götürüllüb-Azərbaycan və İran vətəndaşlarından
Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışına və dövriyyəsinə qarşı mübarizəni davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Məmmədovdan və İran vətəndaşı Nasirpanah Alı Eltefatdan 5 kiloqram 75 qram tiryək götürüllüb.
Daxil olan məlumat əsasında Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Elxan Şərifovun evinə baxış zamanı 1 kiloqram 5 qram heroin və 3 kiloqram 609,786 qram marixuana aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Miq.Az