Bill və Hillari Klinton Trampın andiçmə mərasimində iştirak edəcək

Bill və Hillari Klinton Trampın andiçmə mərasimində iştirak edəcək

ABŞ-ın sabiq prezidenti Bill Klinton və həyat yoldaşı Hillari Klinton ilə seçkilərdə qalib gəlmiş Donald Trampın andiçmə mərasimində iştirak etmək üçün Vaşinqtona gedəcək.

Bu barədə CNN telekanalı məlumat yayıb.

Klinton cütündən savayı mərasimə ABŞ-ın 43-cü prezidenti kiçik Corc Buş da həyat yoldaşı Lora ilə qatılacaq.

"The Hill” nəşri yazır ki, bunadək ölkənin 39-cu prezidenti Cimmi Karter də mərasimdə iştirak etmək niyyətində olduğunu bildirib.

Hazırda sağ olan ABŞ prezidentlərindən yalnız böyük Corc Buş (41-ci) səhhəti ilə əlaqədar olaraq mərasimə qatıla bilməyəcək.

Rəsmən 45-ci prezident olacaq Donald Trampın andiçmə mərasimi yanvarın 20-si Vaşinqtonda keçiriləcək.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az