Binəli Yıldırımın mühafizəçiləri zəhərləndilər

Binəli Yıldırımın mühafizəçiləri zəhərləndilər
Türkiyənin Baş nazir Binəli Yıldırımın dünən axşam reallaşdırdığı İzmir səfəri zamanı mühafizəçilərindən 17-si zəhərlənib.

Milli.Az gazetevatan-a istinadən xəbər verir ki, yeməkdən zəhərləndikləri deyilən mühafizəçilər müxtəlif xəstəxanalara yerləşdiriliblər.

Mühafizəçilərin kartof pürəsi və toyuq yediyi, yeməklərdən nümunə götürüldükdən sonra laboratoriyaya göndəriləcəyi öyrənilib.

Mühafizəçilərin sağlamlıq vəziyyətlərinin hazırda yaxşı olduğu deyilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az