Bir çox rayonlarda qaz kəsiləcək

Bir çox rayonlarda qaz kəsiləcək
Masallı, Şəmkir, Qaradağ rayonlarının və Yeni Gəncə qəsəbəsinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yaranmış qaz sızmalarının aradan qaldırılması, diametri 273 mm-lik orta təzyiqli qaz xətti üzərində quraşdırılmış tənzimləyici qurğunun yerinin dəyişdirilməsi, yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və qaz tənzimləyici qurğunun diametri 325mm-lik qaz xəttinin üzərində quraşdırılması ilə əlaqədar 19 avqust 2015-ci il tarixdə saat 0900-dan 1800-dək Masallı, Şəmkir, Qaradağ rayonlarının və Yeni Gəncə qəsəbəsinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.  
Modern.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az