Bitkoin yenə bahalaşır – 9 min dolları keçdi

Bitkoin yenə bahalaşır – 9 min dolları keçdi
Dünyada ən populyar kriptovalyuta olan bitkoin qiymətini yenə artırmağa başlayıb.

Trend-in məlumatına görə, hazırda bitkoinin qiyməti artıq 9 min dolları keçib. Daha dəqiq desək, "CoinMarketCap” portalının məlumatına əsasən, saat 09:58 üçün bitkoin 6,9% və ya 9,129 min dollaradək bahalaşıb.
Alternativ kriptovalyutalar – "Ethereum” isə 8,8% və ya 588,92 dollaradək, "Ripple” 2,9% və ya 0,72 dollaradək, "Bitcoin Cash” isə 9,5% və ya 1079,14 dollaradək bahalaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 355,13 milyard dollar təşkil edir. Bu göstəricinin 44 faizi bitkoinin payına düşür.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az