"Bizi qorxutmaq və öyrətmək lazım deyil"-Atambayevdən Türkiyə hökümətinə


Əgər elə ağıllıdırlarsa, o zaman özləri çevrilişdə niyə yatmışdırlar.

Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlunun Qırğızıstanda da çevriliş olacağı ethimal edilən bəyanatını "absurd" adlandırıb. Sputnik-in məlumatına görə bunu Çolpan-Atada geçirilən mətbuat konfransı zamanı Qırğızıstanın ölkə başçısı Almazbek Atambayev deyib.

Çavuşoğlunun bəyanatını sərt qarşılayan Atambayev bunu "absurd" adlandırmaqla qalmayıb. Onlar belə ağıllıdırlarsa, o zaman özləri çevrilişdə niyə yatmışdırlar? 
Əlbəttə, biz bütün məsləhətləri dinləyir, məlumatları yoxlayırıq"-deyə qeyd edib. 

Bundan əlavə QIrğızıstan prezidenti Türkiyə hökümətinin öz daxili siaysəti ilə məşğul olub, başqa ölkələrin rəhbərlərinə dövləti idarəetməyi öyrətməməyi bildirib. 

"Bizi qorxutmaq və ya öyrətmək lazim deyil"-deyib Atambayev. - "Biz qorxudanıq".

24 iyulda Türkiyə xarici siyasət idarəsinin başçısı Alaniyada keçirilən mitinqdə çıxış zamanı Qırğızıstan hökümətinə Fəhullah Gülən tərəfdarlarına qarşı ölçü götürməyi tövsiyyə edib.

Bundan başqa nazirin sözlərinə görə Qırğızıstan "Atatürk- Alatoo" universitetini və bu təhsil zincirinə daxil olan "Sebat" türk litseyini bağlamalıdır. Türkiyə XİN-nin başçısı bununla yanaşı Qırğızıstanda dövlət çevrilişi ehtimalının ola biləcəyini də söyləyib. 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az