BMT Suriyanın Palmira şəhərində yerləşən Bela adlı tanrıya həsr olunmuş məbədin özünü "İraq və Şam İslam Dövləti” adlandıran terrorçu qruplaşmanın üzvləri tərəfindən dağıldığını peykdən çəkilmiş şəkillərin təhlili əsasında təsdiqləyib. BMT-nin "Twitter” servisindəki rəsmi bloqunda sentyabrın 1-nə keçən gecə verilən məlumatda deyilir ki, məbədin əsas binası və onun yaxınlığındakı sıra sütunlar dağıdılıb.
Almaniyanın "dpa” agentliyinin istinad etdiyi suriyalı fəallar bildirirlər ki, cihadçılar təxminən 2 min il əvvəl ucaldılan binanı partladıblar. Onlar qalan məbədləri və Palmiranın unikal tarixi obyektlərini də dağıtmaqla hədələyirlər. Suriyanın müxalif "Masar Press” resursu silahlılardan birinin "Sonuncu bina dağıdılana qədər məhv etməyə davam edəcəyik” sözlərini sitat gətirib.
Yeni eranın 32-ci ilində tikilən Bela məbədi Palmira muzey kompleksinin ən qədim və əhəmiyyətli abidələrindən biri sayılırdı. O, UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil idi.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL