“Borussiya” - “Monako” oyunu təxirə salındı-Partlayış
Partlayış səbəbindən "Borussiya” - "Monako” oyunu təxirə salındı
Bu dəqiqələrdə başlamalı olan "Borussiya” (Dortmund) və "Monako” klubları arasında futbol üzrə Çempionlar Liqasının oyunu partlayış səbəbindən təxirə salınıb.
Virtualaz.org Almaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın avtobusunun qarşısında baş vermiş partlayış nəticəsində klubun müdafiəçisi Mark Bartra xəsarət alıb. Futbolçu xəstəxanaya çatdırılıb.
Almaniya KİV bildirir ki, avtobusun yaxınlığında üç partlayıcı qurğu işə salınıb.
Mq.Az