Ali London məhkəməsi "Putinin bankiri” adı ilə tanıdan Sergey Puqaçovun həbsinə order verib.
Vizual.azxəbər verir ki, vaxtilə Rusiya prezidenti ilə çox yaxın olan bu adam sonradan Kremllə savaşa girib. O, Moskvanı biznes imperiyasını ələ keçirməkdə ittiham edərək, 12 milyard dollar dəyərində təzminat iddiası irəli sürmüşdü.
Rusiya prokurorluğu Puqaçovu vergiödəyicilərinin pullarını mənimsəməkdə ittiham edir. O, ittihamları rədd edərək bildirir ki, Putinlə araları dəyəndən sonra bu ittiham onun aktivlərini ələ keçirmək üçün işlədilib.
Rusiya Sığorta Əmanətləri Agentliyinin sorğusu əsasında Britaniya məhkəmələri Puqaçovun beynəlxalq aktivlərinin dondurulması haqda qərar çıxarıb. O, sahib olduğu Rusiya və Fransa pasportlarını təhvil verməli, istintaqın sonunadək Böyük Britaniya ərazisində qalmalıdır.
Puqaçovla bağlı məhkəmə dinləməsi 7 dekabrda keçirilməlidir. Məhkəməyə gəlməyəcəyi təqdirdə onu 2 il həbs cəzası gözləyir.
Puqaçova gələn məhkəmə bildirişində isə onun iyun ayından gizləndiyi bildirilir. "Putinin bankiri”nin vəkili isə bildirib ki, ona qarşı sui-qəsd planlaşdırıldığı üçün Londona gələ bilməyəcək./Avropa.info
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL