Britaniya və Fransanın fond indeksləri çökdü
Böyük Britaniyanın fond indeksi FTSE100 8,4% dəyər itirib.
Axar.az xəbər verir ki, Britaniya ilə yanaşı, Fransanın fond indeksi də CAC 8,7% ucuzlaşıb.
Qeyd edək ki, bu gün Britaniya pul vahidi funt sterlinq də ucuzlaşıb. Funt sterlinq ABŞ dollarına nisbətdə 10% dəyər itirərək, 1,36 dollar olub.
Bundan başqa, Çin fond bazarlarında da ucuzlaşma qeydə alınıb. Ən böyük dəyər itkisi Honkonqda (5,4%) olub.
Xatırladaq ki, dünən Britaniyada keçirilən referendumda əhalinin 52%-i ölkənin Avropa Birliyindən çıxmasına səs verib.
Miq.az