Bakıda dəm qazının qurbanı olan gənc qız barəsində yeni məlumatlar yayılıb.
VİZUAL.az xəbər verir ki, 1991-cı il təvəllüdlü Nərmin Əzizova əslən lənkəranlı olub. O, şəhərin 4 saylı orta məktəbini bitirib, daha sonra ABŞ-da təhsilini davam etdirib.
Nərmin burada pakistanlı Arib Hafiz adlı şəxslə ailə həyatı qurub. Ancaq ABŞ qanunlarına görə təhsil proqramı yekunlaşdığı üçün vətənə qayıtmalı olub.
O, Azərbaycanda iki il yaşamalı və işləməli idi. Yalnız bundan sonra yenidən Amerikada yaşamaq üçün gedə bilərdi. Nərmin bu məqsədlə paytaxtın Nərimanov rayonunda kirayə ev götürüb və tək yaşayıb.
Hadisə baş verən günün ertəsi onun həyat yoldaşı da Azərbaycana qayıtmağı planlaşdırıb. Məlumatlara görə, onlar Bakıda da doğmaları ilə birlikdə toy təşkil etmək istəyiblər. Ancaq dəm qazı gənc ailə üçün faciəyə gətirib çıxarıb.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat